İran istədiklərinə nail olacaq?

ELAZ.İNFO xəbər verir ki, hazırda Tramp İran məsələsində çox çətin vəziyyətə düşüb.

Aprelin 8-dən ABŞ-la İran arasında “nə müharibə, nə sülh” vəziyyəti davam edir və onun yaxın zamanda bitəcəyini gözləmirəm.

ABŞ İranla müharibəni bərpa edə bilmir, çünki sursat çatışmazlığı var. Müharibə neftin qiymətini daha da qaldıracaq.

ABŞ-ın müttəfiqləri daha çox ziyan görəcəklər və ABŞ-a nifrətləri daha da artacaq;

-ABŞ-ın Körfəz ölkələrində olan-qalan obyektləri də sıradan çıxacaq, daha çox təyyarə və ya hətta gəmi itirə bilər, müharibə ilə nəyəsə nail ola biləcəyinə özü də inanmır, Tramp iyun-iyul aylarında Futbol üzrə dünya çempionatını, özünün 80 illik yubileyini, ABŞ-ın müstəqilliyinin 250 illik yubileyini müharibəsiz, yəni neft qiymətlərinin aşağı olduğu, kütləvi etirazların olmadığı bir şəraitdə keçirmək istəyir.

ABŞ İranla atəşkəs və ya sülh müqaviləsi də bağlaya bilmir, çünki İran ABŞ-ın heç bir tələbini qəbul etmir – bu halda ABŞ-ın müharibəyə başlamasına və belə ziyana düşməsinə heç cür bəraət qazandırmaq mümkün deyil. İran özü ABŞ qarşısında ağır tələblər qoyur – bu isə ABŞ-ın məğlub olduğunu etiraf etməsi olar. Belə müqaviləni İsrail və ABŞ sionistləri qəti rədd edirlər. Belə müqavilə İranın regionda daha da güclənməsinə, İsrailin isə zəifləməsinə səbəb olar, belə müqavilə ABŞ-ın Yaxın Şərqlə vidalaşmasının başlanğıcı olar. Belə müqavilə Yaxın Şərqdən sonra başqa regionların da ABŞ-ın “himayədarlığından” imtina etməsinə səbəb olar.

Göründüyü kimi, Tramp elə bir vəziyyətə düşüb ki, yaxşı çıxış yolu yoxdur. Belə bir şəraitdə:

-İran heç bir ciddi güzəştə getməyəcək, o yalnız ciddi öhdəlik yaratmayan simvolik güzəştlərə gedə bilər.

-Tramp da İranla hər hansı müqavilə bağlaya bilməz. Amma Tramp daim KİV-ə “müqavilənin (memorandum, razılaşma və s.) bütün detalları razılaşdırılıb, bir neçə razılaşdırılmamış məsələ qalıb” məzmunlu məlumatlar atır ki, neft birjalarının gözləntiləri sakitləşsin, qiymətlər kəlləçarxa qalxmasın. Bunu nə vaxta qədər edə biləcək – böyük bir sualdır.

ABŞ İranı neft blokadasında çox saxlaya bilməz, çünki bazarda neft azaldıqca qiymətlər qalxır. Hələ ABŞ və bir neçə başqa ölkə strateji neft ehtiyatları sayəsində neft qiymətlərinin $120-ı aşmasına imkan vermir, amma bu ehtiyatlar bir neçə həftəyə tam tükənəcəklər.

ABŞ İranın neft blokadasını götürə də bilməz, çünki bu halda məğlubiyyətini etiraf etməlidir. Amma götürməsə, qarşıdakı təntənəli tədbirlər zamanı ABŞ-ın özündə kütləvi etiraz nümayişləri baş verə bilər.

Yəqin ki, blokada götürülməyəcək, lakin ABŞ-ın hərbi gəmiləri İranın neft tankerlərini “görməyəcəklər”. Amma bu da çıxış yolu deyil.

Beləliklə, İran de-fakto istədiklərinə nail oldu, ABŞ isə de-fakto məğlub oldu. Məsələnin de-yure rəsmiləşdirilməsi xeyli müddət, bəlkə də illər tələb edəcək. Amma bu İranın de-fakto əldə etdiyi statusdan istifadə etməsinə mane olmayacaq.

Asif ŞƏFƏQQƏTOV

Bizi izləyin və paylaşın