ELAZ.İNFO xəbər verir ki, Kolumbiyanın Antiokiya departamentində 7,4 maqnitudalı zəlzələ baş verib.
Yeraltı təkanların 107 kilometr dərinlikdə qeydə alındığı bildirilir. Zəlzələ nəticəsində çoxsaylı binaya ziyan dəyib. İlkin məlumatlara görə, 22 nəfər həyatını itirib.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) zəlzələnin Kolumbiyada Türkiyə vaxtı ilə saat 15:34-də baş verdiyini açıqlayıb.
ABŞ Geoloji Xidməti (USGS) episentri Kolumbiyanın qərbindəki San-Xose-del-Palmar şəhərindən təxminən 5 kilometr şərqdə yerləşən 7,4 maqnitudalı zəlzələ barədə məlumat yayıb.
Zəlzələnin 107 kilometr dərinlikdə baş verdiyi bildirilib.
Ölkənin müxtəlif şəhərlərində – o cümlədən Barrankilya, paytaxt Boqota, Medelyin, Manizales, Pereyra və Bukaramankada, eləcə də Çoko departamentində hiss olunan zəlzələ genişmiqyaslı təşvişə səbəb olub.
Aydan


