Ölkəmizdə son illər ərzində əhalinin az təminatlı təbəqəsinə ünvanlı sosial yardım proqramının əlçatanlığını təmin etmək məqsədi ilə dövlət tərəfindən bir sıra proqramlar reallaşdırılmışdır. Bu istiqamətdə qanunvericilikdə hətta dəyişikliklər də aparılmışdır.
Dövlət tərəfindən sosial qayğı ilə əhatələnən az təminatlı təbəqə üçün nəzərdə tutulmuş proqramdan əsasən 331 min ailə üzvü olan 75 min ailə yararlanmaq imkanına malik olacaqdır. Orta hesabla hər ailəyə ödənilməsi nəzərdə tutulan 470 manat məbləğində vəsait təbii ki, az təminatlı ailələrə böyük dəstək olacaqdır.
İlahə BAYINDIR