-Dayan eey, göyərtinin beşi manat yarım olub!

25.06.2025 Müəllif: İlahə BAYINDIR Şərh: 0

Bir qadın küçədə göyərti satırmış. Bir kişi yaxınlaşıb qiyməti soruşur. Qadın deyir:

– Beşi bir manat!

Kişi buna on manat verir, göyərtiləri də götürməyib çıxıb gedir. Bu minvalla bir müddət hər gün gəlib o qadına on manat verir, göyərti götürmədən çıxıb gedir.

Bir gün də kişi on manatı piştaxtın üstünə qoymaq istəyəndə qadın bunun əlindən tutub deyir:

-Dayan eey, göyərtinin beşi manat yarım olub!

Səfər ALIŞARLI

Bizi izləyin və paylaşın
👁0
Teqlər:
İlahə BAYINDIR