ELAZ.İNFO xəbər verir ki, “Təmiz Dünya Naminə İcmaların Maariflənməsi və Davamlılıq” layihəsinin komandası bu gün Ağalıkənd kənd icmasının üzvləri ilə görüş keçirmişdir.
“Ekoloji təmiz dünya naminə icmaların maarifləndirilməsi və davamlılığının təşkili” layihəsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə həyata keçirilir.
Görüş zamanı layihənin məqsəd və vəzifələri, məişət tullantılarının düzgün idarə olunması, çeşidlənməsi və təkrar emal imkanları barədə məlumat verilmiş, iştirakçılarla ekoloji maarifləndirmə və icma səviyyəsində davamlı fəaliyyətlərin təşkili məsələləri müzakirə olunmuşdur.
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçmiş və iştirakçıların sualları cavablandırılmışdır.”
Sevinc Qasımova


