Dağlıq və dağətəyi rayonlarda yağış yağacaq, şimşək çaxacaq

08.05.2025 Müəllif: İlahə BAYINDIR Şərh: 0

 ELAZ.İNFO, BAKI, 08.05.2025.

ELAZ.İNFO Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, mayın 8-11-i gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Bizi izləyin və paylaşın
👁0
Teqlər:
İlahə BAYINDIR