Bolsonaronun Partiyası Məğlubiyyəti Qəbul Etdi, Namizədin Özü İsə Nəticələri Ləğv Etdirmək İstəyir

27.10.2026

Braziliyada keçirilən prezident seçkilərinin ikinci turundan sonra ölkənin siyasi səhnəsində gərginlik pik həddə çatıb. Liberal Partiyanın rəsmi mövqeyi ilə onun namizədinin bəyanatları arasında yaranan fikir ayrılığı seçki sonrası böhranı daha da dərinləşdirib.

ELAZ.INFO xəbər verir ki, senator Flavio Bolsonaronun namizədliyini irəli sürən Braziliya Liberal Partiyası Ali Seçki Məhkəməsinin elan etdiyi rəsmi nəticələri və hazırkı prezident Luis İnasio Lula da Silvanın qələbəsini tanıdığını bəyan edib. Partiya sədri Valdemar Kosta Netu verdiyi açıqlamada seçki komissiyasının elan etdiyi yekun nəticələri rəsmən qəbul etdiklərini bildirib. Lakin buna baxmayaraq, partiya rəhbərliyi ikinci turda səsvermə vaxtının iki saat uzadılması ilə bağlı suallara aydınlıq gətirilməsini tələb edir.

Partiya rəhbərliyinin bu qərarına rəğmən, müxalifətin namizədi Flavio Bolsonaronun mövqeyi tamamilə fərqlidir. Məğlubiyyəti qəbul etməkdən qətiyyətlə imtina edən Bolsonaro seçkilərin nəticələrinin ləğv edilməsi üçün hüquqi müstəvidə mübarizə aparacağını açıqlayıb. Ali Seçki Məhkəməsinin sədri Kassio Nunis Markes isə öz növbəsində seçki prosesinin tam şəffaf və etibarlı şəkildə həyata keçirildiyini, nəticələrin heç bir şübhə doğurmadığını diqqətə çatdırıb.

Ruslan MƏMMƏDOV 🖋️

👁 270