Bir gündə 36 şübhəli saxlanıldı: Polis 34 cinayətin açılmasını təmin etdi


ELAZ.İNFO xəbər verir ki, ölkədə son sutka ərzində aparılan polis əməliyyatlarının nəticələri açıqlanıb. Təkcə sentyabrın 28-də qeydə alınan 34 cinayətin açılması təmin edilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, əvvəlki dövrlərdən bağlı qalan daha 6 cinayət də açılıb. Əməliyyatlar zamanı cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.
Polisin axtarış tədbirləri nəticəsində ümumilikdə 175 nəfər müəyyən edilərək saxlanılıb. Onlardan 158-i borclu şəxs qismində axtarışda olub və aidiyyəti üzrə təhvil verilib.
Hesabat dövründə narkotiklərlə əlaqəli 10 fakt da müəyyənləşdirilib. Bundan başqa, qanunsuz saxlanılan silah-sursatla bağlı 7 fakt aşkarlanıb.
Günel GÜNTAC
14





