Beyləqanda yarımstansiyada partlayış və yanğın: Bir neçə yaşayış məntəqəsində işıq kəsildi


ELAZ.İNFO xəbər verir ki, Beyləqanda elektrik təsərrüfatında baş verən qəza bir neçə yaşayış məntəqəsinin enerji təminatına təsir edib. Hadisə Daşburun qəsəbəsində yerləşən elektrik yarımstansiyasında qeydə alınıb.
İlkin məlumata görə, əvvəlcə yarımstansiyada partlayış baş verib, ardınca ərazidə yanğın başlayıb. Alovun meydana gəlməsi nəticəsində rayonun bir neçə yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilə yaranıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələri və xüsusi texnika cəlb olunub. Yanğının lokallaşdırılması və tam söndürülməsi istiqamətində tədbirlər görülüb.
Partlayışın və sonrakı yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Günel GÜNTAC





