Azərbaycan kikboksçularından dünya çempionatında 16 medal


ELAZ.İNFO xəbər verir ki, Azərbaycanın gənc kikboksçuları İtaliyada keçirilən dünya çempionatında medal kolleksiyası ilə diqqət çəkiblər. Jesoloda təşkil olunan WAKO versiyası üzrə gənc və yeniyetmələrin dünya çempionatında Azərbaycan komandası 16 medal qazanıb.
Yığmanın aktivində 10 qızıl, 4 gümüş və 2 bürünc medal var. Yarışda 79 ölkənin idmançıları mübarizə aparıb.
Gənclər arasında Əli Mayılzadə (57 kq), Adil Əsədov (54 kq) və Gülgəz İbrahimli (48 kq) qızıl medal əldə ediblər.
Yeniyetmələr arasında isə Hüseyn Mahmudzadə (42 kq), Seymur Quliyev (45 kq), Hüseyn Əmirli (45 kq), Nizami Əliyev (48 kq), Ayxan Allahyarlı (54 kq), Cəmil Məmmədov (42 kq) və Eldar Rzayev (75 kq) öz çəki dərəcələrində fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Azərbaycan komandası Eduard Məmmədovun rəhbərliyi ilə yarışıb. Turnirdə ölkəmizi təmsil edən hakimlər Aydın Koç Ağabəyov və Anar Məmmədov beynəlxalq A kateqoriyalı hakimlik statuslarını yeniləyiblər. Anar Məmmədov isə yarışın ən yaxşı hakiminə təqdim olunan “Best Referee Ring” mükafatına layiq görülüb.
İslam MAHMUDOV





