Azərbaycan və Asiya İnkişaf Bankı su layihələrini müzakirə edib

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə Asiya İnkişaf Bankı arasında su təsərrüfatı ilə bağlı görüş keçirilib. Danışıqlarda içməli su və suvarma infrastrukturunun yenilənməsi, alternativ su mənbələrindən istifadə və su ehtiyatlarının daha səmərəli idarə olunması məsələləri nəzərdən keçirilib.
Tərəflər gələcək birgə layihələr və əməkdaşlığın genişləndirilməsi imkanlarını da müzakirə ediblər.
Günel GÜNTAC
1. 020




