Rezin dəstəklər spirtlə və yaxud digər dezinfeksiya edici maddə ilə silinsin

İrad. Bakı metrosundan hər gün minlərlə sərnişin istifadə edir. Enən və qalxan eskalatorlardan xüsusən hərəkət edən rezin dəstəklərdən hamı tutur. Söz yoxdur ki, bu adamların içərisində xəstələr və keçici xəstəliklərin daşıyıcıları olan insanlar da vardır. Bu isə digər saglam adamlar üçün təhlükəlidir.

Təklif. Yaxşı olar ki, iş günü ərzində hər yarım saatdan bir bu hərəkət edən rezin dəstəklər spirtlə və yaxud digər dezinfeksiya edici maddə ilə silinsin. Bunun üçün nəzarətçilərin xidmətindən istifadə etmək olar.

Ağasəf İMRAN

İqtisadçı alim

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights