ELAZ.İNFO xəbər verir ki, Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Avropa çempionatında uğurlu çıxışını davam etdirir.
Yığmamız Belçikanın Antverpen şəhərində keçirilən turnirin 1/4 final mərhələsində Fransa millisi ilə qarşılaşıb. Azərbaycan komandası rəqibini 20:15 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Millimizin növbəti mərhələdə rəqibi İspaniya olacaq. Yarımfinal qarşılaşmasının Bakı vaxtı ilə saat 20:30-da keçirilməsi planlaşdırılır.
Azərbaycan yığmasının turnirdəki çıxışı ölkədə basketbola marağın artması baxımından da diqqət çəkir. Komanda yarımfinalda da uğurlu nəticə qazanaraq finala yüksəlməyə çalışacaq.
İslam MAHMUDOV


