ELAZ.İNFO xəbər verir ki, Çində hər il keçirilən Syanşan Forumunun yeni toplantısı başlayır. Tədbirdə müxtəlif ölkələrdən hərbçilər, diplomatlar və təhlükəsizlik üzrə ekspertlərin iştirakı gözlənilir.
Forum Tayvan, Cənubi Çin dənizi və ABŞ-ın Asiyadakı təhlükəsizlik siyasəti ətrafında gərginliyin artdığı bir vaxtda keçirilir.
Çinin müdafiə naziri Donq Jun beynəlxalq təhlükəsizlik və çoxqütblü dünya ilə bağlı mövqeləri təqdim edəcək.
ABŞ nümayəndə heyətinə isə Pentaqonun Çin, Tayvan və Monqolustan üzrə məsul şəxsi Sintiya Karras rəhbərlik edəcək.
Günel GÜNTAC


