ELAZ.İNFO xəbər verir ki, ABŞ və İran arasında davam edən qarşıdurmada son həftələrin ən ciddi qarşılıqlı hücumlarından biri baş verib.
Məlumata görə, ABŞ qüvvələri İranın cənub sahillərində hədəflərə zərbələr endirib. İran isə cavab olaraq Yaxın Şərqin müxtəlif ölkələrində yerləşən ABŞ hərbi mövqelərinə hücumlar həyata keçirib.
Hadisələrdən sonra regionda təhlükəsizlik vəziyyəti yenidən kəskinləşib. Qarşıdurmanın daha geniş miqyas alması ilə bağlı narahatlıqlar isə beynəlxalq gündəmdə qalır.
Günel GÜNTAC


