ELAZ.İNFO xəbər verir ki, avqustun 31-i gecəsi Bakı-Quba-Rusiya Federasiyası ödənişli yolunda avtomobilin qəzaya uğraması nəticəsində 24 yaşlı Elton Elşən oğlu Əsgərov həlak olub.
Biləsuvar rayonu sakini olan mərhum Biləsuvarın Bəydili kəndində dəfn edilib.
“BMW X7” markalı minik avtomobil idarəetmənin itirilməsi nəticəsində dərəyə aşıb. Qəza nəticəsində avtomobildə olan sərnişin 24 yaşlı Biləsuvar sakini Əsgərov Elton Elşən oğlu hadisə yerində dünyasını dəyişib. Sürücü və maşında olan digər sərnişin isə ağır xəsarətlər alıb.
Faktla bağlı araşdırma aparılır.
Sevinc Qasımova Biləsuvar




