Kiyevdə hücumların yeddinci günü başlayıb

Kiyevdə hücumların yeddinci günü başlayıb

ELAZ.İNFO xəbər verir ki, Ukraynanın paytaxtı Kiyev və ölkənin digər bölgələri yeni hava hücumlarının hədəfinə çevrilib.

Reuters-in məlumatına görə, Rusiya qüvvələrinin Kiyevə zərbələri artıq yeddinci gündür davam edir. Son hücumlar nəticəsində 11 nəfərin yaralandığı və yaşayış binaları ilə universitetlərə zərər dəydiyi bildirilib.

Odesada isə enerji obyektlərinə zərbələr nəticəsində 350 mindən çox evin elektrik enerjisiz qaldığı barədə məlumat yayılıb.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın