ELAZ.İNFO xəbər verir ki, dünya enerji bazarındakı qiymət artımı Azərbaycan neftinin satış qiymətinə də təsir edib.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 97,6 dollara yüksəlib. Bu, əvvəlki göstərici ilə müqayisədə 4,72 dollar və ya 5,08 faiz artım deməkdir.
Neft bazarında qiymətlərin yüksəlməsində Yaxın Şərqdəki geosiyasi vəziyyət və enerji təchizatı ilə bağlı narahatlıqlar əsas amillər sırasında göstərilir.
İlahə BAYINDIR


