Goranboyda sursat anbarında yanğın və partlayış baş verib

Goranboyda sursat anbarında yanğın və partlayış baş verib

ELAZ.İNFO xəbər verir ki, Goranboy rayonunun Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib.

Hadisə ilə bağlı Fövqəladə Hallar, Müdafiə və Daxili İşlər nazirlikləri birgə məlumat yayıb.

Partlayışların baş verdiyi ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Hadisə ilə əlaqədar ətraf yaşayış məntəqələrində təhlükəsizliyin təmin olunması istiqamətində müvafiq tədbirlər görülüb.

Hazırda əsas məqsəd ərazidə təhlükənin tam aradan qaldırılması və hadisənin səbəblərinin müəyyənləşdirilməsidir.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın