Azərbaycanda 72 mindən çox tibb işçisinin maaşı artırılır

Azərbaycanda 72 mindən çox tibb işçisinin maaşı artırılır

ELAZ.İNFO xəbər verir ki, Azərbaycanda səhiyyə sistemində çalışan əməkdaşların sosial təminatının yaxşılaşdırılması istiqamətində yeni addım atılır.

Məlumata görə, TƏBİB-in tabeliyində fəaliyyət göstərən müəssisələrdə çalışan 72 mindən çox tibb işçisinin əməkhaqqı fondunun artırılması nəzərdə tutulur. Bunun üçün illik olaraq 189 milyon manat vəsait tələb olunacağı bildirilir.

Yeni dəyişiklik səhiyyə sektorunda çalışan həkim, orta və kiçik tibb heyətinin əməkhaqqı imkanlarının genişləndirilməsinə yönəlib.

Qeyd edək ki, bu səhiyyə sahəsində əməkhaqqının artırılması həm işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması, həm də tibbi kadrlara marağın qorunması baxımından mühüm addım kimi qiymətləndirilir.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın