Çin də Uyğurlara ən adi insani hüquqlar verərdi


Şanxay Əməkdaşlıq Təşkilatı 25 illik mövcudluğunun yubiley tədbirini “ŞƏT Pulsuz” formatında keçirməsi, dünyanı tək qütbdən idarə etmək iddiası ilə fəal geosiyasi müharibə aparan tərəfə, (ABŞ, qərb) bu güc mərkəzi ilə ənənəvi rəqib olan və hər gün beynəlxalq nüfuzunu itirən Rusiya ilə hər gün mövqeylərini gücləndirən Çinin əks cavabıdır, hücumudur.
Bu tədbir göstərdi ki, böyük geosiyasi şahmat oyununda oyunçu tək ABŞ, qərb güc mərkəzi deyil, Rusiya da, Çin də, Hindistan da, özünü fiqur yox oyunçu olduğunu rəqibinə göstərir. ŞƏT-na üzv olan dövlətlərin birgə ərazisi çox böyük coğrafiyadır. Əhalisi də 3,5 milyard nəfərdir. Bu təxminən Rusiyanın Avrasiya hərəkatı layihəsinə uyğundur.
Çin də, onu təxminən 50 il əvvəl iqtisadi və maliyyə cəhətdən gücləndirib müasir böyük gücə çevirən ABŞ -ın üzərində təsirini azaltmaq, bu təsiri yox etmək üçün, ŞƏT Plyus tədbiri olduqca yaxşı bir fürsətdir. Yəni burda, ənənəvi rəqiblərin yenə də dünyanı qarşı-qarşıya iki böyük cəbhəyə bölməsini görürük. İkinci güclər, (Rusiya, Çin) dünyada çoxqütüblüyü əsas götürərək bütün digər dövlətləri özlərinə cəlb etmək siyasətini uğurla aparırlar. Geosiyasi müharibədə səmimiyyət yoxdur. Gözəl görünən sözlər yalnız görüntü üçündür. Əgər belə olmasa idi Rusiya Ukraynanı işğal etməzdi və bu işğalı, müxtəlif tarixi və digər eyni etnik faktları əsas gətirməklə bəhanə cəhtləri etməzdi.
Çin də Uyğurlara ən adi insani hüquqlar verərdi. Demək bu tədbirdən də böyük güclər, öz geostrateji maraqları üçün istifadə edirlər.
Ona görə də Türk Dövlətləri dayanmadan Türk Dövlətləri Təşkilatını (TDT) gücləndirməlidir. TDT ətrafında bütün İslam aləmi və bütün sülh tərəfdarı olan dövlətlər birləşməlidir ki, dünyamızda əbədi sülh olsun.
“ŞƏT Plus” tədbirində Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışı, möhtəşəmliyi ilə diqqəti cəlb etdi. Prezident İlham Əliyevin demək olar ki, bütün çıxışı birbaşa bütün dövlətlərin rəhbərlərinə, o cümlədən böyük güclərin rəhbərlərinə, böyük təşkilatlara, BMT-yə dünyanı müharibələrdən xilas etmək üçün olduqca önəmli mesajlar verdi. Prezident bəyan etdi ki, Azərbaycan 30 il davam edən müharibəyə özü son qoydu! BMT-nin Azərbaycan torpaqlarının işğalı ilə bağlı qətnamələrini, Azərbaycan özü icra etdi! Bu böyük güclərə və BMT yə olduqca təsirli və güclü mesajdır! Yəni böyük dövlətlər istəməsə də, Azərbaycan xalqının və dövlətinin iradəsi sizdən də güclüdür deməkdir!
Prezident Cənab İlham Əliyevin birbaşa BMT-yə aid səsləndirdiyi fikirlər, dünyamızın gələcəyinə aid bəyanatdır!
“BMT Tş-nın qətnamələrinin qısa müddətli icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur. Bu həyata keçirilərsə, BMT-nin nüfuzunun və təşkilatın münaqişələrin nizamlanmasında rolunun artmasına xidmət edər.” Prezident İlham Əliyevin bu fikirləri bəyan etməsi, bütün dünyaya anladır ki, dünyanı böyük qarşıdurma cəbhələrinə bölmək yox, dünyamızı, amansız müharibələr cənginə salmaq yox, dünyamızı, BMT vasitəsi ilə çoxtərəfli, çoxqütüblü və müxtəlif səviyyəli dövlətlərin, güclərin dostluq və müttəfiqlik meydanına çevirək!
Tahir Ələkbərov




