Stalin repressiyaları zamanı Azərbaycanlı ziyalılara, Hüseyn Cavidə, Salman Mümtaz, Əhməd Cavad, Mikayıl Müşfiq kimi şəxsiyyətlərə işgəncələr verənlər suyahasında adları çəkilən Sinman, Qalstyan, Avanesyan, Borşev və digərlərinin adı çəkilir.
Bunlardan biri yəhudi olan Sinman əslində özünü Süleymanov adı ilə tanıtsa da əslində o yəhudi olub. Lev Abramoviç Sinman məhbuslara qarşı psixoloji və fiziki zorakılıq tətbiq etməklə fərqlənib və onlara qondarma “əks-inqilabi təşkilatın üzvü” olduqlarını məcburi şəkildə qəbul etdirib. Bu barədə yazı olacaq.
Burda adı çəkilənlər içərisində Azərbaycan xalqına elə Azərbaycanlıların əli ilə işgəncələr verən Qalstayan barədə sizə məlumat vermək istəyirəm. Mikayıl Müşfiq və Salman Mümtaz istintaqında müstəntiq kimi iştirak edən bu erməninin iki azərbaycanlı köməkçisi olub. Şirəliyev və Məmmədov. Qeyd edim ki, bu iki şəxs barədə də araşdırma olacaq.
Onların əli ilə Azərbaycanlı ziyalılara zülmlər verən erməni müstəntiq Salman Mümtaza ittiham aktı etməklə qalmadı, onun evində olan bütün əlyazmaları daşıyıb aparıb.
Qalstyan Azərbaycan SSR NKVD-sinin Gizli Siyasi Şöbəsinin aparıcı müstəntiqlərindən və bölmə rəislərindən biri olub.
O eyni zamanda Mikayıl Müşfiqin dindirilməsini aparan əsas şəxslərdən biri o idi. Müşfiq məhz Qalstyan və onun köməkçiləri olan Məmmədov və Şirəliyevin işgəncələrinə dözməyərək, digər yazıçıların üzünə durmamaq üçün NKVD zirzəmisində intihara cəhd etmiş, lakin buna imkan verilməmişdi.
Qalstyan təkcə Müşfiqin yox, dahi şair Əhməd Cavadın, böyük türkoloq Bakır Çobanzadənin də istintaqın aparanlardan biri olub.
Qalstyan məhbusları məhv etmək üçün tamamilə ağılasığmaz tələlər qururdu. Məsələn, görkəmli azərbaycanlı türkoloq alim, professor Vəli Xuluflunun istintaqını apararkən onun kitabında olan sözləri anti sovet və anti Stalin kimi sənədlərdə qeyd edirdi.
Bəzən özünü “həkim” kimi təqdim edərək kamerada olan şəxslərdən “etiraf” əldə etməyə cəhd edirdi.
Qalstyanın istintaq metodu başdan ayağa işgəncələr ilə dolu idi. Müttəhim başqa bir dostunun üzünə durmazdan əvvəl Qalstyan tərəfindən o dərəcədə işgəncəyə məruz qalırdı ki, üzləşmə otağına gələndə müstəntiqin istədiyi hər bir yalanı kor-koranə təsdiqləyirdi
Professor Cəlal Qasımov özünün elmi məqalələrində bilavasitə Konstantin Qalstyanın sənədlərini üzə çıxarıb. O, Qalstyanın 23 sentyabr 1937-ci ildə rəisi Sumbatova yazdığı rəsmi məruzəni tapıb dərc edib. Həmin sənəddə leytenant Qalstyan fəxrlə yazırdı:
“Mən, 12493 nömrəli istintaq işinə baxaraq belə nəticəyə gəldim: Vəli Xuluflu əksinqilabi millətçi təşkilatın üzvü, ziyanverici və terrorçudur…”
Ziya Bünyadov,Aslan Kənan, professor Şəfəq Nasir və digərlərinin araşdırmalarında bu cəllad barədə kifayət qədər məlumat var.
O, Azərbaycan ziyalılarına xüsusi nifrəti ilə seçilən digər erməniləri başına toplayır və guya 1915-ci ildə baş verən hadisənin qisasını almağa cəhd edirdi.
NKVD-nin daxilində xüsusi olaraq saxlanılan və hər bir sənədə qol çəkməyə məcbur edilən “peşəkar şahidlər” var idi ki, təssüflər olsun ki, içərilərində azərbaycanlılar da var idi.
Azərbaycanın intellektual elitasını məhv etməklə xalqı ziyalısız qoymaq, savadsızlaşdırmaq və gələcəkdə Azərbaycana qarşı qaldırılacaq torpaq iddialarına müqavimət göstərə biləcək heç bir güclü fikir adamı buraxmamaq onun əsl niyyəti idi
1937–1938-ci illərdəki kütləvi güllələnmə planlarını yerinə yetirdiyi üçün ona “Qırmızı Ulduz” ordeni verildi.
Qalstyan 19 aprel 1938-ci il tarixli Moskva “Stalin siyahısı”na daxil edilmişdir. Vəzifə səlahiyyətlərini aşmaq və qanunsuzluq ittihamı ilə 1938-ci ilin aprelində Moskvada güllələnmişdi.
O dövrdə onun ziyalılara etdikləri barədə qəzet materiallarını oxuya bilərsiniz.
Zaur Əliyev


