ELAZ.İNFO xəbər verir ki, Frankfurt–Dehli marşrutu üzrə uçuş həyata keçirən sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Bakıya məcburi eniş edib.
Hadisə avqustun 25-də baş verib. Təyyarənin uçuş zamanı yaranan problemə görə marşrutunu dəyişərək Heydər Əliyev Beynəlxalq Aeroportuna yönəldiyi bildirilir.
Hazırda hadisə ilə bağlı yayılan məlumatlar diqqət çəkən xəbərlər sırasındadır.
Təyyarənin niyə məcburi eniş etdiyi və sərnişinlərin sonrakı vəziyyəti ilə bağlı əlavə məlumatların açıqlanması gözlənilir.
İlahə BAYINDIR


