ELAZ.İNFO xəbər verir ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəb və mərkəzlərinə yeni tədris ili üzrə şagird qəbulu ilə bağlı proses başlayıb.
Nazirliyin məlumatına əsasən, 14 avqustdan namizədlər ixtisas və təhsil almaq istədikləri məktəbi seçmək mərhələsinə başlayıblar.
Qəbul prosesi çərçivəsində uşaqların maraq və bacarıqlarına uyğun ixtisas seçiminə diqqət yetirilməsi tövsiyə olunur. Musiqi və incəsənət təhsili almaq istəyən namizədlərin seçim zamanı məktəbin tədris istiqaməti və mövcud ixtisaslarını nəzərə almaları vacibdir.
Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən məktəb və mərkəzlərdə müxtəlif musiqi və incəsənət istiqamətləri üzrə təhsil imkanları təqdim olunur.
Qeyd edək ki, qəbul prosesi ilə bağlı ətraflı məlumat, o cümlədən məktəblərin siyahısı, ixtisaslar və müraciət qaydaları Mədəniyyət Nazirliyinin rəsmi resurslarında yerləşdirilir.
İlahə BAYINDIR


