ELAZ.İNFO xəbər verir ki, avqustun 14-də Azərbaycanın əksər ərazilərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi əsəcək. Temperaturun gecə 24–27°, gündüz isə 32–36° isti olacağı gözlənilir.
Ölkənin rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi bildirilir. Bununla belə, günün ikinci yarısında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimalı var.
Rayonlarda temperaturun gecə 20–25°, gündüz 33–38° isti, dağlıq ərazilərdə isə gecə 13–18°, gündüz 22–27° isti olacağı proqnozlaşdırılır.
Beləliklə, xüsusilə günün isti saatlarında açıq havada olan şəxslərə diqqətli olmaq tövsiyə olunur.
Günel GÜNTAC


