Səhiyyə Nazirliyi və QHT Agentliyi QHT-lər üçün birgə infosessiya keçirib

Səhiyyə Nazirliyi və QHT Agentliyi QHT-lər üçün birgə infosessiya keçirib

ELAZ.İNFO xəbər verir ki, Səhiyyə Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən QHT-lər üçün birgə qrant müsabiqəsi ilə bağlı infosessiya təşkil olunub.

İnfosessiya 12 avqust 2026-cı ildə QHT Agentliyində keçirilib. Tədbirdə səhiyyə nazirinin müavini Nadir Zeynalov, QHT Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva və digər aidiyyəti şəxslər iştirak ediblər.

Görüş zamanı birgə qrant müsabiqəsinin şərtləri ilə bağlı QHT nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, layihələrin hazırlanması və təqdim olunması ilə bağlı izahlar verilib.

İnfosessiyaya 30-dan çox qeyri-hökumət təşkilatı qatılıb.

Qeyd edək ki, birgə qrant müsabiqəsi çərçivəsində QHT-lərin layihə təklifləri üzrə sənədlərin qəbuluna 6 avqust 2026-cı ildə başlanılıb. Müraciətlərin qəbulu üçün son tarix 26 avqust 2026-cı il müəyyənləşdirilib.

Sənəd qəbulu başa çatdıqdan sonra QHT-lər tərəfindən təqdim olunan layihə təklifləri ekspertizadan keçiriləcək. Daha sonra layihələr təhlil olunacaq, müsabiqənin qalibləri müəyyən ediləcək və onların adları açıqlanacaq.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın