Xankəndiyə növbəti köç karvanı yola salınıb

Xankəndiyə növbəti köç karvanı yola salınıb

ELAZ.İNFO xəbər verir ki, dünən işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi çərçivəsində Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb.

Bu mərhələdə 22 ailənin, ümumilikdə 102 nəfərin Xankəndiyə köçürülməsi nəzərdə tutulub.

Köç edən ailələr respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdən ibarətdir.

Bununla da keçmiş məcburi köçkünlərin doğma şəhərlərinə mərhələli qayıdışı davam etdirilir.

Köç karvanı ilə Xankəndiyə qayıdan sakinlər arasında uzun illər doğma yurdlarından kənarda yaşayan ailələr də var. Onlardan Kəmalə Məmmədova jurnalistlərə açıqlamasında uzun müddətdir bu günü gözlədiklərini və doğma Xankəndiyə qayıtdıqları üçün sevinc hissi keçirdiklərini bildirib.

Qeyd edək ki, Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə köçürülməsi davam edir.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın