ELAZ.İNFO xəbər verir ki, Bilgəh qəsəbəsində baş verən faciəvi boğulma hadisəsi ilə bağlı yeni məlumatlar açıqlanıb.
Yaxınlarının bildirdiyinə görə, həyatını itirən 21 yaşlı Niyaz Pirməmmədov ailənin yeganə oğlu olub. O, ali təhsil alırdı və universitetin üçüncü kurs tələbəsi idi.
Hadisə şahidlərinin sözlərinə əsasən, gənc dənizdə çimərkən batmağa başlayıb. Onunla birlikdə olan dostları köməyə tələssələr də, onlar da təhlükə ilə üz-üzə qalıblar.
Fövqəladə Hallar Nazirliyinin həyata keçirdiyi xilasetmə əməliyyatı nəticəsində üç nəfərin həyatı xilas edilib. Lakin bütün səylərə baxmayaraq, 21 yaşlı Niyaz Pirməmmədovun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Günel GÜNTAC


