Rəsmi açıqlama: Bu ünvanlarda elektrik enerjisi dayandırılacaq

Rəsmi açıqlama: Bu ünvanlarda elektrik enerjisi dayandırılacaq

ELAZ.INFO “Azərişıq ASC”-yə istinadən xəbər verir ki, avqustun 5-də Bakı şəhərinin bəzi ərazilərində və Ağdaş rayonunda planlı təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Məhdudiyyət müxtəlif saatlarda bir sıra küçə, qəsəbə və kəndləri əhatə edəcək.

Məlumata görə, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisində yerləşən Cəfər Cabbarlı, Zivər bəy Əhmədbəyov və Məhəmməd Naxçıvani küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Həmçinin Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisinə daxil olan Böyükşor qəsəbəsinin bəzi hissələrində saat 09:00-dan 13:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Ağdaş rayonunda isə planlı təmir işləri ilə əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Aşağı Ağcayazı, Yuxarı Ağcayazı, Dəhnə kəndləri, Türyançay qəsəbəsi və şəhərin 42-ci məhəlləsində, saat 10:00-dan 14:00-dək isə Qoşaqovaq, Qolqəti və Şəkili kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq.

Bildirilib ki, təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın