Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri zamanı narkotik tərkibli bitkilərin qanunsuz becərilməsində şübhəli bilinən şəxs saxlanılıb.
ELAZ.İNFO Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bildirir ki, saxlanılan şəxs əvvəllər məhkum olunmuş, 47 yaşlı Cəfər Kərimovdur.
Araşdırmalar zamanı onun çaykənarı ərazidə aqrotexniki qaydalarla qulluq göstərərək 63 ədəd çətənə kolu yetişdirdiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən həmin bitkilər, eləcə də marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Cəfər Kərimov barəsində həbs qətimkan tədbiri seçilib.
Hüquq-mühafizə orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı mübarizə tədbirlərinin davam etdirildiyini bildirirlər.
Günel GÜNTAC


