avtomobildə yanğın baş verdi

Bakıda 31 ton dizel yanacağı daşıyan avtomobildə yanğın baş verdi

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında yanacaq daşıyan avtomobildə baş verən yanğın FHN əməkdaşlarının operativ müdaxiləsi ilə söndürülüb.

ELAZ.İNFO xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında yanacaq daşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumat daxil olduqdan dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik fəaliyyəti nəticəsində “Mercedes” markalı yanacaqdaşıyan avtomobilin kabinə hissəsində başlayan yanğının genişlənməsinin qarşısı alınıb.

Məlumata görə, avtomobilin qoşqusunda 31 ton dizel yanacağı olub. Yanğının yanacaq çəninə keçməsinə və daha ciddi fəsadlara səbəb olmasına imkan verilməyib.

Hadisə nəticəsində avtomobilin kabinə hissəsi yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Yanacaqla dolu qoşqu yanğından mühafizə olunub.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın