Avropa Komisiyasının Prezidentinin Azərbaycana gəlməsi və gözəl fikirlər söyləməsi, Azərbacanın Avropada və dünyada artan nüfuzunun göstəricisidir. Avropa Birliyinin Azərbaycanla dostluğu, yaxınlığı, Avropa Birliyi üçün həm iqtisadi, həm siyasi, həm də geosiyasi baxımdan maraqlıdır, cəlbedicidir.
Avropa Rusiya Ukrayna müharibəsi səbəbindən təbii qaz ehtiyyatlarının bir hissəsini Azərbaycandan almaqda maraqlıdır. Çindən Avropaya uzanan etibarlı orta loqistiq ticarət yollarının Azərbaycandan keçməsi də Azərbaycacanı AB-yi üçün cəlbedici edir. Və nəhayət, Azərbaycan Respublikası kimi regionun güclü, tam müstəqil və ehtibarlı bir ölkəni Rusiyadan daha çox uzaqlaşdırıb Avropa Birliyinə daha çox bağlamaq kimi geosiyasi maraqları da Azərbaycanı AB-yi üçün cəlbedici edir. Bəs Avropa Birliyi ilə Azərbaycanın güclənən müttəfiqliyində Azərbaycanın hansı qazancı vardır?
Birinci Azərbaycan öz təbii sərvətləri olan əsasən neft və qazı avropa bazarlarına çıxarır, özünə böyük bazar yaradır. Gəlirlər əldə edir iqtisadiyyatının digər sahələrini və ordusunu gücləndirir. Sosial yönümlü proqramlar həyata keçirir və işğa zamanın viran edilmiş şəhər və kəndlərimizi heç kəsə minnət etmədən özü yenidən qurur. Ordumuzun qüdrətini daim artırmaq imkanları əldə edir.
İkinci Şərq Qərb və Şimal Cənub böyük ticarət loqistiq yolların mərkəzinə çevrilməklə Azərbaycan özünün siyasi gücünü və beynəlxalq aləmdə mövqeylərini möhkəmləndirir.
Üçüncü Azərbaycan Respublikası Türk Dövlətləri Təşkilatının üzvü olaraq Avropa Birliyinin TDT-ı ilə bu gün və gələcəkdə də münasibətlrini formalaşdırır, TDT-nın geosiyasi gücə çevrilməsi istiqamətində mühüm rol oynayır. Avropa Birliyi Azərbaycan Respublikasını özünə yaxın edərək özünün və ABŞ-ın geosiyasi mövqeyini gücləndirdiyi kimi, biz də onların imkanlarından yararlanıb TDT-nın geosiyasi mövqeyini gücləndiririk.
Rusiya Avropa Birliyinə qarşı özünün Avroasiya birliyini uzun illərdir yaratmağa cəht edir. Biz isə Avropa Birliyi ilə müttəfiq olmaqıla Türk Dövlətləri Təşilatını və TDT- ətrafında və ya onunla qarşılıqlım birgə Orta və Yaxın şərq birliyini yaradırıq.
Avropa Komisiyasının Prezidentinin Azərbaycana gəlməsi və Azərbaycan Rəhbəri cənab İlham Əliyevin onunla səmimi görüşlərinin mahiyyəti ümumən yeni dünya nizamının qurulması prosesinin tərkib hissəsidir. Biz daim bütün görüşlərdə, bütün hadisələrdən istifadə edib qurulma prosesində olan yeni dünya nizamında artıq öz mövqeyləriizi və güc mərkəzimizi formalaşdırmalıyıq.
Tahir Ələkbərov


