İcma rəhbərləri ilə görüş keçirildi

İcma rəhbərləri ilə görüş keçirildi

ELAZ.İNFO xəbər verir ki, Biləsuvarda ekoloji maarifləndirmə istiqamətində növbəti görüş keçirildi.

Biləsuvar rayonunda ekoloji şüurun artırılması və icmaların davamlı inkişafının təşviqi məqsədilə növbəti maarifləndirici tədbir baş tutub.
Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Ekoloji təmiz dünya naminə icmaların maarifləndirilməsi və davamlılığının təşkili” layihəsi çərçivəsində rayonun 8 kənd icmasının rəhbərləri ilə görüş təşkil olunub.
Tədbirdə layihənin məqsəd və vəzifələri barədə ətraflı məlumat verilib, ətraf mühitin mühafizəsi, məişət tullantılarının düzgün idarə olunması, təbii sərvətlərdən səmərəli istifadə və ekoloji məsuliyyətin artırılması istiqamətində təqdimatlar edilib.
Görüş zamanı icma rəhbərləri ilə ekoloji problemlərin yerli səviyyədə həlli yolları, ictimai iştirakçılığın genişləndirilməsi və əhalinin ekoloji biliklərinin artırılması məsələləri ətrafında müzakirələr aparılıb. İştirakçılar mövzu ilə bağlı fikir və təkliflərini səsləndirərək, layihənin icmalar üçün əhəmiyyətini yüksək qiymətləndiriblər.
Qeyd olunub ki, layihə çərçivəsində həyata keçirilən maarifləndirici tədbirlər ekoloji mədəniyyətin formalaşmasına, ətraf mühitin qorunması sahəsində ictimai fəallığın artırılmasına və dayanıqlı inkişaf prinsiplərinin təşviqinə töhfə verməyi hədəfləyir.

Sevinc Qasımova

Bizi izləyin və paylaşın