EAS ibtidai sinif şagirdləri üçün unudulmaz “Su Oyunları Günü” təşkil olunub

Tədris ilinin başa çatması və yay tətilinin yaxınlaşması ilə əlaqədar olaraq məktəblilərin asudə vaxtının səmərəli, əyləncəli keçirilməsi məqsədilə müxtəlif kütləvi tədbirlər təşkil edilir. Bu növ fəaliyyətlər uşaqların həm fiziki aktivliyini artırır, həm də tədris ilinin yorğunluğunu üzərlərindən atmalarına kömək edir.

ELAZ.İNFO xəbər verir ki, Bakı Avropa Məktəbinin (EAS) ibtidai sinif şagirdləri maraqlı su fəaliyyətləri, dostluq oyunları və bol gülüşlə dolu unudulmaz “Su Oyunları Günü” keçiriblər. Təşkil olunan bu əyləncəli gün fantastik bir tədris ilinin başa çatmasını qeyd etmək və yay tətili başlamazdan əvvəl uzunmüddətli xatirələr yaratmaq üçün mükəmməl bir vasitə olub.

Uşaqların böyük coşqu və sevinclə qatıldığı bu maraqlı gün rəngarəng anlarla yadda qalıb və hər bir şagird üçün unudulmaz təəssürat bəxş edib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın