Rəqəmsallaşma və süni intellekt sahələrində Azərbaycanı dünyanın aparıcı dövlətlərindən birinə çevirək

ELAZ.İNFO

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın sədirliyi ilə Rəqəmsal İnkişaf Şurasının birinci iclasının keçirilməsi, artıq dövlətlərin digital siyasətlə idarə olunması və inkişafı mərhələsində olduqca əhəmiyyətli bir toplantıdır. Bu rəqəmsallaşma ilə dövlətin idarə olunası digital marketinq, digital transformasiya, digital formada məzmun və digital valyutala sahələrini əhatə edir. Bu özü ilə idarə olunmanın və həyatımızı asanlaşdırmaqla yanaşı, həm də özü boyda da problemlər də yaradır. Bu risklər çoxdur. Qlobal sahədə dünyada rəqəmsallaşmanı tətbiq və inkişaf etdirmənin tərəfdarları olan nəhəng güc mərkəzləri dünyamızı müasir nəhən quldarlıq quruluşuna çevirmək riskini yaradır. Böyük data mərkəzlərində bütün informasiyalara malik olan tərəflər nəhəng gücə çevrilmək riskləri yaradır. Süni intellekt sahəsində yaradılan bu süni zəka proqramları ilə fasiləsiz aparılan informasiya müharibəsinin yaratdığı risklər, ölkə daxilində bütün qurumların elektron şəbəkələrinə xaykerlər tərəfindən hücum edib zərər vurma riskləri, ölkə iqtisadiyyatında pul köçürmələrinin yubanmaları riskləri və s. riskləri önləmək sahəsində də Rəqəmsal İnkişaf Şurasının toplantısının böyük əhəmiyyəti vardır. Mehriban xanım Əliyeva Şuranın əsas vəzifələrini diqqətə çatdırarkən onu da xüsusi vurğuladı ki, “Biz yeni çağırılışlara, kiber təhlükəsizliyi və yaranan risklərə tam hazır olmalıyıq. Məqsədimiz rəqəmsallaşma və süni intellekt sahələrində Azərbaycanı dünyanın aparıcı dövlətlərindən birinə çevirməkdir. Bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına çavab verən amillə qəbul olunmalıdır!” Bu olduqca vacibdir! Bu istiqamətdə Rəqəmsal İnkişaf Şurasının fəaliyyətinə uğurlar diləyirəm!

Tahir Ələkbərov

Bizi izləyin və paylaşın