Qovurucu istilər

Qovurucu istilər gəlir; Mütəxəssislər xəbərdarlıq edir

Avropada ölümlərə səbəb olan isti dalğası Türkiyəyə də çatıb. Həftənin əvvəlindən bəri bir çox əyalətdə temperatur yüksəlib. Bəzi ərazilərdə temperaturun 50 dərəcəyə çatacağı proqnozlaşdırılır.

ELAZ.İNFO xəbər verir ki, NTV Meteorologiya Redaktoru Dilek Çalışkan bildirib ki, bu gündən etibarən İstanbul, Qərbi Qara dəniz və Mərkəzi Anadoluda temperatur 35-36 dərəcəyə çatacaq. Çalışkan deyib:

“Aralıq dənizində temperatur 40 dərəcədən yuxarı olacaq. Cənub-şərqdə isə 45 dərəcəyə yaxınlaşacaq. Bunlar kölgədə hiss olunan temperaturdur; yolda və ya nəqliyyat vasitəsinin içində olsanız, 60 dərəcəyə qədər çatacaq”.

MÜTƏXƏSSİSLƏR XƏBƏRDARLIQ EDİR: LAZIM OLMADIĞI HALDA ÇÖLƏ ÇIXMAYIN

Mütəxəssislər, xüsusən də xroniki xəstəlikləri olanlara xəbərdarlıq edirlər. Mütləq zərurət olmadığı təqdirdə çölə çıxmaqdan çəkinməli və maye qəbuluna da diqqət yetirməlidirlər.

Kardiologiya Mütəxəssisi Dos. Dr. Sena Sert Şekerci deyir ki, “Ürək xəstəliyi olan insanlarda maye itkisini nəzərə alaraq, onları bol maye və minerallarla təmin etməliyik. Xəstələrdə maye itkisi ürək divarlarına yükü artırır. Bu, xüsusilə də ürək çatışmazlığı olan xəstələrdə ürəyə əhəmiyyətli bir yük yaradır”.

İsti havanın yaratdığı digər bir təhlükə meşə yanğınlarıdır. Çanaqqala, Ədirnə və Egey sahili bölgəsində yanğın riskinin yüksək olduğu bildirilir.

İSTANBUL KÖLGƏDƏ 34 DƏRƏCƏ
İstanbulda bu gün kölgədə 34 dərəcə isti, güclü şimal küləyi olacaq.

Ankarada 33 dərəcə, İzmir və Bursada 36 dərəcə, Antalyada isə 37 dərəcə isti olacaq.

Sabah hava daha da isti olacaq.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın