ELAZ.İNFO xəbər verir ki, 25 İyun – Dənizçi Günüdür.
Dənizçi peşəsi sadəcə bir iş deyil, fədakarlıq, iradə, səbir və məsuliyyət məktəbidir. Dənizçilər aylarla ailələrindən uzaqda qalaraq ölkənin iqtisadiyyatına, beynəlxalq əlaqələrinə və dənizçilik ənənələrinin yaşadılmasına xidmət edirlər.
Bu əlamətdar gündə Xəzərin qoynunda, uzaq okeanlarda, limanlarda və gəmilərdə çalışan bütün dənizçilərimizə sağlamlıq, təhlükəsiz səfərlər, bol uğurlar və ailə səadəti arzulayıram. Hər biriniz Azərbaycanın dənizçilik şöhrətini dünyanın müxtəlif guşələrində layiqincə təmsil edirsiniz.
Qoy dənizləriniz həmişə sakit, səfərləriniz uğurlu, yolunuz açıq olsun!
Dənizçi Gününüz mübarək, əziz dənizçilər!
Sakit MALİKOV
