Bir neçə gün əvvəl Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan Lerik rayon sakini Vüqar Adnayevin cəsədi aşkar edilib.
ELAZ İNFO Musavat.com -a istinadən xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti yayıb.
Bildirilib ki, iyunun 21-də Bakının Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan – 2005-ci il təvəllüdlü Adnayev Vüqar Şahin oğlunun meyiti batdığı yerdən təxminən 8 km məsafədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, o, Bakıda mebel sexində çalışırmış.
