1992-ci ildə Şuşadan məcburi köçkün düşmüşük. Həmin vaxt dörd qardaş idik. Mənim isə cəmi beş yaşım var idi. Bu gün doğma torpağımıza qayıtdığımız üçün sevincimizin həddi-hüdudu yoxdur.
ELAZŞİNFO AZƏRTAC-a istinadən bildirir ki, Şuşa şəhərinə yola düşən keçmiş məcburi köçkün Zaur Xanəliyev deyib.
“Allah Prezidentimizə cansağlığı versin. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə möhkəm cansağlığı arzulayıram. Məhz onların sayəsində bu gün doğma yurdumuza qayıdırıq.
Ailəmlə birlikdə Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə köçürük. Dörd övladım var – üç qız, bir oğlan. İnşallah, bundan sonra öz yurdumuzda yaşayacaq, işləyəcək və övladlarımızı doğma torpaqlarımızda böyüdəcəyik”, – deyə keçmiş məcburi köçkün qeyd edib.
Bakıda qaynaqçı kimi çalışdığını bildirən müsahibimiz deyib: “Ümid edirəm ki, öz ixtisasım üzrə fəaliyyətimi doğma yurdumda davam etdirəcəyəm. Bu gün bizim üçün çox qürurlu və tarixi gündür. Dövlətimizin göstərdiyi qayğıya görə minnətdarıq. Allah dövlətimizi qorusun”.
