Şimali Ohayoda keçirilən və böyük marağa səbəb olan “The Country Fest” tədbiri çərçivəsində humanitar dəstək aksiyası baş tutub.
ELAZ.İNFO xəbər verir ki, tədbir günlərində “Qırmızı Xaç” təşkilatının bölgədəki xilasedici missiyasına dəstək məqsədilə vəsait toplanıb. Təşkilatın yaydığı məlumatda bildirilir ki, bu günlər qurumun fəaliyyətinin genişləndirilməsi və ehtiyacı olanlara yardımın çatdırılması baxımından olduqca səmərəli olub.
Humanitar missiyaya verdikləri dəstəyə görə “The Country Fest” təşkilatçılarına, eləcə də “94.9 WQMX” və “Sarah Kay Radio” komandalarına xüsusi minnətdarlıq ifadə olunub. Qeyd edilib ki, tədbir zamanı yerli sakinlərlə qurulan dialoq və qan donorlarının fəallığı missiyanın uğuruna birbaşa təsir göstərib.
Təşkilat, həmçinin stendə yaxınlaşaraq öz hekayələrini bölüşən, ianə edən və könüllü olaraq dəstək göstərən Şimali Ohayo sakinlərinə təşəkkürünü bildirib. Vurğulanıb ki, bu cür həmrəylik addımları “Qırmızı Xaç”ın humanitar hədəflərinə çatması üçün əsas hərəkətverici qüvvədir.
Ruslan MƏMMƏDOV
