Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsi keçirilir.
ELAZ.İNFO xəbər verir ki, müzakirələrin əsas məqsədi qanun layihəsində nəzərdə tutulan dəyişikliklərin mahiyyətinin ictimaiyyətə çatdırılması, media və informasiya mühitinə mümkün təsirlərinin dəyərləndirilməsi, eləcə də maraqlı tərəflərin rəy və təkliflərinin öyrənilməsidir.
