ABŞ Prezidenti Donald Tramp dünən Truth Social hesabında paylaşım edərək İrana qarşı sərt ifadələr işlədib.
Tramp iddia edib ki, “İran Vaşinqtonla razılaşma üçün çox gözləyib və deyib: “Onlar özləri üçün əla olacaq bir razılaşma üçün çox gecdirlər. İndi isə bunun bədəlini ödəməli olacaqlar”.
ELAZ.İNFO xəbər verir ki, Fox News-a danışan Tramp dünən gecə həyata keçirilən dörd saatlıq hücum dalğasından sonra yeni hücumlar əmri verə biləcəyinə işarə edib.
İran elektrik stansiyaları və körpülərinin hədəfə alına biləcəyini deyən Tramp deyib:
-“Tehranın razılaşma əldə etməsi çox uzun çəkdi. Yeni hücumlar əmri verməyə yaxınam”.
İran ordusunun “tam xaos içində” olduğunu iddia edən Tramp, ölkənin dəniz və hava qüvvələrinin böyük ölçüdə yoxa çıxdığını və İranın “tamamilə məğlub olduğunu” iddia edib.
Tramp paylaşımında daha sonra yazıb ki, “İran yalnız danışır, hərəkət etmir. Yaxın Şərqin zorakısı ölüb”.
İlahə BAYINDIR
