Araz çayının su və energetika ehtiyatlarından istifadəsi üzrə islas keçirilib

Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında daimi fəaliyyət göstərən Birgə Komissiyanın 55-ci iclası İranda keçirilib.

Tədbirdə Regional Su Meliorasiya Xidmətinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Azərenerji” ASC-nin nümayəndələri iştirak ediblər.

İclas çərçivəsində Araz çayının su ehtiyatlarının iki ölkə arasında bölüşdürülməsi ilə bağlı iş rejimləri hazırlanaraq təsdiq olunub. Bununla yanaşı, çaydan götürülən suyun monitorinqinin aparılması, suyun keyfiyyətinə nəzarət, çayda müasir tipli yeni suölçmə qurğularının quraşdırılması və digər qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Müzakirələrin yekunu olaraq tərəflər arasında görüləcək işləri əhatə edən yekun protokol imzalanıb.

Bizi izləyin və paylaşın