-“Özünü “demokrat” kimi tanıdan Paşinyan Azərbaycanda Qərbi Azərbaycan icmasının fəallaşan və tarixi vətənlərinə qayıtmaq əzmlərini ortaya qoyan kimi “Ermənistan Respublikasının Vətəndaşlığı Haqqında” qanuna 2023 və 2024-cü illərdə əsaslı dəyişikliklər etdirdi”.
ELAZ.İNFO xəbər verir ki, bu fikirlər iqtisadçı Sahib Məmmədova aiddir.
Sahib Məmmədov fikrinə davam edərək vurğulayır ki, “Vətəndaşlıq əldə edilməsi prosedur və şərtlərini ağırlaşdırıldı. Məsələn, həm Konstitusiyada, həm də qanunda vətəndaşlıq əldə etmək şərtlərindən biri kimi göstərilirdi ki, “valideynlərindən biri Ermənistan Respublikasının vətəndaşlığına malik hər bir uşaq Ermənistan Respublikasının vətəndaşlığını əldə etmək hüququna malikdir”.
Yeni redaksiyada isə şərt ağırlaşdırılır və göstərilir ki, “valideynlərindən biri Ermənistan Respublikasının vətəndaşlığına malik olan və qanuna uyğun olaraq son bir il ərzində Ermənistan Respublikasında daimi yaşayan şəxslərin uşaqları Ermənistan Respublikasının vətəndaşlığını əldə etmək hüququna malikdir”.
Sahib Məmmədov qeyd edir ki, “Yəni bu o deməkdir ki, qayıtmaq üçün gərək valideynləriniz burada ən azı bir il yaşamalıdır. Valideynlərin də çoxu həyatda deyil. Olsa belə, gərək gedib orda bir il yaşasınlar və sonra övladlarında müraciət hüququ yaransın. Bu anda bu sözlər öz aktuallığını saxlayır; -Düşməni olduğu kimi tanımaq lazımdır”.
İlahə BAYINDIR
