-“Ermənistanda seçkilər bitdi. Səsverən əhalidən çox pozuntular izlədik. Daha əvvəl Pasinyanın 50 faiz səs toplaya biləcəyini yazmışdım. Bu Rusiyanın, Qarabağ klanının, diasporanın, kilsənin və vəzifədən uzaqlaşdırılan yüksək vəzifəli məmurların müxalif davranışları, fasiləsiz və hibrid təzyiqləri fonunda çox yüksək nəticədir”.
ELAZ.İNFO xəbər verir ki, bu fikirlər politoloq Ədalət Verdiyevə məxsusdur.
Ə.Verdiyev bildirir ki, “Azərbaycan isə qalıb tərəf olaraq Pasinyanın və ya başqasının qalib gəlməsinə görə qətiyyən narahat deyil. Biz müharibə istəmirik, buna görə də daha əvvəlki səhvlərini qismən etiraf edən, sülh üçün Azərbaycan şərtlərini qəbul edən Paşinyanın seçilməsinin tərəfdarıyıq. Bu da baş verdi”.
Politoloq vurğulayıb ki, “Ermənistanda hakimiyyətə kiminsə gəlməsi regional əməliyyat şəraitini və güc balansını dəyişə bilməz. Azərbaycan Prezidenti İlham Əliyev tələb və istəklərini ya sülh yolu ilə, ya da başqa bir yolla, amma istənilən halda və istənilən şəraitdə mütləq əldə edəcək”.
İlahə BAYINDIR
