Ukrayna PUA-ları Rusiyanın silah anbarlarını vurur

Ukrayna PUA-ları işğal olunmuş Baxmutda Rusiyaya məxsus silah anbarlarını və texnikalarını metodik şəkildə məhv edir.

ELAZ.İNFO xəbər verir ki, bu barədə 56-cı Mariupol motoatıcı briqadasının mətbuat katibi Olqa Kosenko deyib.

Olqa Kosenkonun sözlərinə görə, ruslar şəhərin cəbhə xəttindən kifayət qədər uzaqda yerləşdiyinə arxayn olaraq, illərdir Baxmutda silah yığıblar:

“Bununla belə, Ukraynanın PUA operatorları davamlı hava kəşfiyyatı aparır və hətta PUA-lara qarşı torların altında da böyük anbarlar tapırlar. Ancaq düşmən həmişə uğur qazanmır, çünki pilotlar boşluqlar tapır və bu böyük texnikaları vurur”.

Kosenko bildirib ki, hücumlar təkcə anbarları hədəf almır:

“Döyüş bölgəsində hərəkət etmək üçün kiçik rus piyada dəstələrinin istifadə etdiyi yük maşınları, motosikletlər və kvadrosikllər də onların diqqət mərkəzindədir”.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın