Fransa millisi yoldaşlıq oyununda Kot-d’İvuara məğlub oldu

Dünya çempionatının startına sayılı günlər qalmış futbol üzrə Fransa milli komandası yoldaşlıq görüşündə gözlənilməz məğlubiyyətlə üzləşib. Fransa torpaqlarında baş tutan qarşılaşmada Kot-d’İvuar seçməsi rəqibini 2:1 hesabı ilə üstələməyi bacarıb.

ELAZ.İNFO xəbər verir ki, bu qarşılaşma hər iki komanda üçün qarşıdan gələn qlobal turnir öncəsi mühüm sınaq xarakteri daşıyıb. Gərgin keçən qarşılaşmada hesabı fransızlar açsa da, üstünlüklərini sona qədər qoruyub saxlaya bilməyiblər: Fransanın heyətində 45-ci dəqiqədə Rayan Şerki fərqlənərək komandasını fasiləyə önndə aparıb. İkinci hissəyə daha fəal başlayan Kot-d’İvuar millisi 53-cü dəqiqədə Qela Duenin qolu ilə hesbata tarazlıq gətirib. Afrika təmsilçisinə qələbə qazandıran son nöqtəni isə 84-cü dəqiqədə Amad Diallo qoyub.

Futbol üzrə növbəti Dünya çempionatı 11 iyun – 19 iyul tarixləri arasında ABŞ, Kanada və Meksikanın ev sahibliyi ilə keçiriləcək. Turnirin tarixində ilk dəfə olaraq çempionatda 48 komanda mübarizə aparacaq. Qrup mərhələsində Fransa millisi Seneqal, İraq və Norveç yığmaları ilə qarşılaşacaq. Kot-d’İvuar komandası isə Ekvador, Almaniya və Kürasao seçmələrinə qarşı gücünü sınayacaq.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın