Türkiyənin çökdürülməsi həyata keçirilir

ELAZ.İNFO

Türkiyənin çökdürülməsi həyata keçirilir. Milli qüvvələri Ərdoğan və Baxçalı ayaq altına atmağaı bacardı kimi görünür. Bəlkə də on illərdi ki, Türkiyənin üst düzənində türk millətinə mənsub siyasi və üst görəvli şəxs yoxdur. Bu özlüyündə ciddi faciədir və Türkiyənin varlığı üçün ciddi təhdiddir. Bütün bölücülər , türk düşmənləri adını demokrat qoyub,hətta irqi türk millətindən olanın üst düzəndə olmamasını demokratiyanın varlığı kimi təqdim edirlər. Belə bir durumda CHP-nin AKP tərəfindən sıxışdırılması (AKP və CHP əslində hər iksi milli qüvvələrin , türklərin partiyası sayıla bilməz, hər iksində separatçılara kifayət qədər yer və söz verilir) yeni milli qüvvələrin, milli platformanın önə çıxmasına şərait yaradır. Ümid Özdağ, Orkun Özəllər, Müsavat Dərvişoğlu kimi milli kimliyi daha çox müdafiə edənlərin siyasi fəaliyyəti türk milləti tərəfəindən diqqətlə izlənməli, lazımı ciddi dəstək verilməlidir. Ən azından iqtidar ola bilməsələrdə iqtidarın çəkinəcəyi güclü bir milli platforma qurmalıdırlar. Türkiyənin, türk millətinin varlığının qarantoru hər zaman millətçilər olub, bunu heç zaman yaddan çıxarmaq olmaz. Bunun əksini söyləyənlər bilin ki, Türk dövlətini və millətini sevmiyənlərdi. Hökumət (AKP) MHP-ni ayaq altına salmağı bacarıbsa bu o demək deyil ki, onun külündən daha güclü millətçi platforma ortaya çıxmayacaq.

Şaban Nəsirov

İctimai-siyasi ekspert

Bizi izləyin və paylaşın