1 İyun -Bu Gün Uşaqlar Günüdür

ELAZ.İNFO xəbər verir ki, hər ilin 1 iyun tarixi ölkəmizdə Uşaqlar günü olaraq bayram edilir. 1950-ci ildən etibarən dünyanın müxtəlif ölkələrində qeyd olunan bu xüsusi gün Uşaqlara aiddir. Onlar üçün müxtəlif bayram tədbirləri, şənliklər, konsertlər keçirilir.

Bu günün özəlliyi ondadır ki, gələcəyimiz olan uşaqların sağlamlığı, qorunması və eyni zamanda firavan böyüməsi diqqət mərkəzində saxlanılsın. Dövlətimizin, millətimizin gələcəyi məhz bu günkü körpə fidanların -uşaqların əlindədir. Onlar bizi və tariximizi, irsimizi, soyumuzu yaşadacaq. Onları qorumaq, firavan böyütmək isə bu günkü nəsillərin əlindədir.

Bayramınız mübarək olsun, əziz balalar!

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın