ABŞ belə imkanı yaxın 2-3 ildə əldə edə bilməyəcək- əlvida $2,5 trilyon!

Keçən ilin may ayında Tramp Körfəz ölkələrində (S.Ərəbistanı, BƏƏ və Qətər) rəsmi səfərdə oldu. Şeyxlər ona $2,5 trilyon investisiya və $450 milyonluq təyyarə hədiyyəsi adı altında rüşvət vəd etdilər ki, ABŞ İranı məhv etsin.

ELAZ.İNFO xəbər verir ki, təyyarə elə may ayında ABŞ-a təhvil verildi. Həmin ilin iyun ayında İsrail ABŞ-ın dəstəyi ilə İrana hücum etdi. ABŞ özü birbaşa müharibəyə girmədən İsrailin əli ilə İranı məğlub etmək istədi, lakin vəziyyətin İsrail üçün arzuolunmaz məcrada getdiyini görüb, 12 gün sonra onun dayandırılmasına nail oldu.

O vaxtdan bir il keçdi. Tramp öhdəliyini yerinə yetirmədiyi üçün şeyxlər ona vəd etdikləri investisiyaları ABŞ-a (çoxu Trampın ailəsinin və ya dostlarının biznesinə) yatırmadılar.

Nəhayət, bu dəfə daha yaxşı hazırlaşdığına inanan Tramp Netanyahu ilə birlikdə 28 fevraldan etibarən İrana ən güclü zərbəsini endirdi…

Artıq mayın sonudur – nəticə göz qabağındadır: ABŞ-İsrail cütlüyü özünü rüsvay etdi, Körfəz ölkələri ABŞ-ın “kağız pələng” olduğunu öz gözləri ilə gördülər, İran isə əvvəlkindən də güclü status qazandı.

ABŞ-ın növbəti dəfə İrana 28 fevral – 7 mart dövründəkindən güclü zərbə vurmaq imkanı yoxdur və belə imkanı yaxın 2-3 ildə əldə edə bilməyəcək.

Deməli, əlvida, $2,5 trilyon!

Bunun isə ABŞ üçün hansı böyük fəsadlara səbəb olacağını növbəti ilin yanvarından etibarən görəcəyik.

Asif ŞƏFƏQQƏTOV

Bizi izləyin və paylaşın